"Qarabağ"ın futbolçusu üçün il başa çatdı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun futbolçusu Dani Kintana uzun müddətə sıradan çıxıb.

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində BATE-yə qarşı keçirilən oyundan bir gün öncəki məşqdə zədə alan futbolçu yekun tibbi müayinədən keçib. Həkimlərin rəyinə görə, ispaniyalı futbolçu üçün 2018-ci il başa çatıb. 

Belə ki, təcrübəli futbolçu dizindəki köhnə zədəsini yeniləyib.  Klubdan əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq.  Onun əməliyyatı Almaniyada və ölkəsində reallaşa bilər. 

Qeyd edək ki, Dani Kintana ötən il İspaniyada diz bağlarından əməliyyat olunub və 6 ay yaşıl meydanlardan kənarda qalıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right