"Qarabağ" şokda Əməliyyat olunacaq, uzun müddət oynamayacaq

Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ" klubu ciddi itki ilə üzləşib. 

 

Newsport.az xəbər verir ki, Ağdam klubu aparıcı futbolçusu Dani Kintananın xidmətindən məhrum olub. İlkin məlumata görə, ispaniyalı futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Yarımmüdafiəçinin təxminən 3-4 aydan sonra sıralara dönməsi gözlənilir. Məlumatı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov verib:

 

"Dani dünənki məşq zamanı zədə aldı. Həkimlərin rəyinə görə, zədəsi olduqca ciddidir. Yaxın günlərdə əməliyyat olunacaq"

 

Qeyd edək ki, Dani Kintana ötən il diz bağlarındakı zədəyə görə əməliyyat olunaraq, 6 ay futbolsuz qalmışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right