"Keşlə"nin stadionunda təmir işləri aparıldı

Azərbaycan Premyer Liqasının başlamasına azsaylı günlər qalmış "Keşlə" ev oyunlarını keçirdiyi "ASK Arena"da müəyyən işlər görülüb.

Newsport.az saytının məlumatına görə, stadionun işıqlandırma sistemi düzəldilib. Lakin meydanın öt örtüyü bərbad gündədir. Bu isə futbolçuların üçün əsl cəhənnəm olacaq.

Qeyd edək ki, "Keşlə" Azərbaycan Premyer Liqasının 1-ci turunda "Sabah"ı qəbul edəcək. Oyun avqustun 12-də, saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right