Premyer Liqasının oyunları Bakı Olimpiya Stadionunda?

Azərbaycan Premyer Liqasının bir neçə komandasının ev stadionunda təmir işləri gedir.

Newsport.az-ın məlumatına görə, bu səbəbdən Azərbaycan Premyer Liqasının bəzi komandaları ev oyunlarını alternativ meydanda keçirəcəklər.

"Zirə" və "Neftçi" ev oyunlarını "Dalğa Arena"da keçirəcək.

Çempionatın başlanmasına azsaylı günlər qalsa da, "Sumqayıt"dan səs-soraq yoxdur. Sumqayıtdan didərgin düşən komandanın ev oyunlarını hansı stadionda keçirəcəyi bəlli deyil. Bizdə olan məlumata görə, "Sumqayıt"ın Bakı Olimpiya Stadionunda ev oyunlarını keçirmək varinatı da var. Bu məsələ ilə bağlı yekun qərar tezliklə veriləcək.

Qeyd edək ki, ötən mövsüm 12-ci turun  "Qarabağ" - "Sumqayıt" matçında Bakı Olimpiya Stadionu ilk dəfə çempionat oyununu qəbul etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right