“Qarabağ” yeni oyunçu gətirə bilər

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın üzərinə bu il daha böyük yük düşüb.

Newsport.az-ın məlumatına görə, avrokuboklardakı digər təmsilçilərimiz mübarizəni I mərhələdə dayandırdıqları üçün “Qarabağ” meydanda tək qalıb. Amma inamla irəliləyən və bu günə kimi qol buraxmayan “Qarabağ”ın qələbələri sıralayacağına ümidlər böyükdür. Bizdə olan məlumata görə, uğurlu çıxışlar üçün “Qarabağ” heyətini genişləndirməyə davam edir. Son olaraq, İnnosent Emeqara və Con Delarjı rənglərinə bağlayan “Qarabağ” daha bir futbolçunun transferini həyata keçirə bilər. Hazırda bu yöndə danışıqların davam etdiyi gələn xəbərlər arasındadır. Futbolçunun hücumameyilli olduğu söylənilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right