“Keşlə"nin futbolçuları əlbəyaxa oldular

"Keşlə" və "Qəbələ" komandaları arasında baş tutan yoxlama oyunundan sonra "Keşlə"nin düşərgəsində qalmaqal yaşanıb.

Newsport.az-ın məlumatına görə, matç başa çatdıqdan sonra futbolçular - Denis Silva və Murad Qayalı əlbəyaxa olublar. Buna futbolçulardan birinin söyüş söyməsi səbəb olub. Ehtiyat oyunçular arasında baş tutan qalmaqalı digər futbolçular sakitləşdiriblər. 

Ancaq hər şey bununla başa çatmayıb. Belə ki, qalmaqal daha sonra klubun avtobusunun yaxınlığında davam edib. Burada futbolçular bir-birilərinə zərbə endirməkdən çəkinməyiblər. (Futbol11.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right