“Qəbələ”dəki inkişaf bizi sevindirir” – Sənan Qurbanov

Premyer Liqanın 2018/19 mövsümünə hazırlıq çərçivəsində keçirilən “Keşlə” - “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 38 yaşlı mütəxəssis deyib ki, bu, yeni mövsüm öncəsi son hazırlıq matçı idi.

“Son üç gündə keçirilən məşqlərdəki yükləmələrdən sonra futbolçulara düzgün oynamağı tapşırmışdıq. Oyunçuların verilən tapşırığı yerinə yetirdiklərini demək olar. Bizim üçün yaxşı məşq oldu. Həm də Premyer Liqa komandasını tanıdıq. Yeni futbolçularımız gündən günə irəliləyir, inkişaf var. İnkişaf bizi sevindirir”.

S.Qurbanov ilk üç turu buraxmalı olan kapitan Cavid Hüseynov barədə də fikirlərini bildirib: “Cavid komandamızın kapitanı, bizim üçün vacib futbolçudur. Onun liderlik keyfiyyətləri bizə çox lazımdır. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək. Üç oyun az deyil. Elvin Camalovla Sabien Lilayın oyunu məni sevindirdi. Hər ikisi verilən tapşırığı yerinə yetirdi”.

Mütəxəssis Topaz Premyer Liqasının I turundakı rəqib və çempionat haqda da danışıb: “Səbail” yenilənmiş komandadır. Heyətinə yaxşı futbolçular qatıb. Bunlar həm yerli, həm də legioner oyunçulardır. Bu il komandalar heyətini gücləndirib. “Keşlə”ni də bugünkü qarşılaşmada gördük. Qarşıdakı mövsüm daha sürətli və gərgin çempionat keçəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right