"Qəbələ" çempionatdan imtina etdi RƏSMİ

"Qəbələ" əvəzedici  komandasının birinci divizionda iştirakından imtina edib.

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi əlavə maliyyə itkisinə yol verməmək üçün belə qərar verib. Bununla bağlı AFFA və PFL də məlumatlandırılıb.

Hazırda AFFA, PFL-in  "Qəbələ" rəhbərliyini fikrindən daşındırmaq üçün danışıqlar apardığı bildirilir.

"Qəbələ" yalnız 1-ci liqada iştirakdan imtina etməklə bağlı müraciət edib. Klubun aşağı yaş qrupu üzrə digər komandaları isə çempionatlarda iştiraklarını davam etdirəcəklər.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumatı təsdiqləyib. "Hazırda "Qəbələ" ilə danışıqlar gedir. Danışıqların nəticəsi gələn həftə bilinəcək" - deyə o qeyd edib.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right