Sezar Meza Kollidən vida mesajı

Sezar Meza Kollinin "Keşlə"dən ayrılması haqda xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, Rumıniyanın "Universitatya Krayova" klubu ilə anlaşan paraqvaylı yarımmüdafiəçi sosial şəbəkə hesabında vida mesajı yayıb:

"Bu mesajımda məni bu aylar ərzində ən yaxşı insan və ən yaxşı oyunçu kimi hiss etdirmələrində göstərdikləri köməyə görə, rəhbərliyə, məşqçi heyətinə və komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm. Hamınıza möhtəşəm mövsüm arzu edirəm. Allah sizi qorusun. Təşəkkürlər, "Keşlə"! Hər şey üçün çox sağ ol, Azərbaycan!"

Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində "Çezena", "Alaves", "Pavia" və "Zirə" kimi komandalarda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right