Ramin Quliyev: "Keyfiyyətli oyunçularımızın az olması sözünü dedi"

"Birinci hissə bərabər səviyyədə keçdi. Fasilədən sonra qol vursaq da, hesabdakı üstünlüyümüzü qoruya bilmədik. Uşaqlar əzmkar mübarizə apardılar, amma yaratdığımız qol epizodlarını düzgün tamamlaya bilmədik"

Newsport.az-ın məlumatına görə, bu sözləri U-17 millimizin baş məşqçisi Ramin Quliyev Minskdəki təlim-məşq toplanışında Belarusa 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. Mütəxəssis keyfiyyətli oyunçu azlığından şikayətlənib.

“Keyfiyyətli oyunçularımızın az olması sözünü dedi. Ancaq futbolçuların meydanda istəkli olması, güclərini sona qədər sərf etmələri təqdirəlayiq haldı. Vaxtımız az olsa da, oyun keyfiyyətini yüksəltməyə çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right