Fariz Nəcəfov: "Əvəzedicilərin I Divizionda oynaması faydasızdır"

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Futbolpress.az saytına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının I Divizionda iştirak etməməsinin səbəblərindən danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Fariz bəy, gündəmdə şok effekti yaradan qərarı səbəbi nədir?
- Səbəb klubun əlavə maliyyə itkisinə getmək istəməməsidir.  Biz peşəkar klubuq və hər addım müəyyən plana əsaslanır. Klubun illik, mövsümlük planları odur ki, bu plana bütün detallarla yanaşı maliyyə kiteriyası da qeyd edilir. İndi AFFA İcraiyyə Komitəsi qərar verir ki, əvəzedicilərin çempionatı ləğv edilsin,  komandalar öz əvəzedicilərini I Divizionda iştirakını təmin etsin. Biz bu məsələ haqda hələ Kublar Komitəsinin may ayındakı iclasında açıq şəkildə çıxış etmişdik - "Qəbələ" əvəzedicilərini I Divizionda oynatmayacaq. Çünki onadək artıq bizim bütün planlar hazırlanmışdı, büdcə də ona uyğunlaşdırılmışdı. Ancaq iyulda qərar verilir ki, əvəzedicilər yarışı ləğv edilsin və komandalar I Divizionda iştirak etsin. Bizim də buna imkanımız yoxdur.

- İmkanın olmamasını büdcənin əvvəlcədən müəyyənləşdirilməsiylə əsaslandırdınız. Əlavə çox xərc tələb olunur?
- Əlbəttə, böyük miqdarda xərc tələb edir. Biz Bakıda məskunlaşmış klub deyilik ki, oyunçular evindən çıxıb məşqə getsin, qayıtsın evinə və yalnız hansısa bölgə səfəri olanda (O da artıq yox kimidir - red.) yol xərcimiz olsun. Bizim bütün baza və infrastruktur bölgədədir. Və belə bir komandanın saxlanması bir neçə dəfə əlavə maliyyə yükü deməkdir. "Qəbələ" buna getmək fikrində deyil, çünki başqa istiqamətlərdə xeyli maliyyə məsrəfimiz var, həm də biz bunu faydasız hesab edirik. Bu haqda da əvvəlcədən fikrimizi açıqlamışdıq.

- Faydasızlığını izah edərdiniz.
- Bizim əvəzedicilərin heyətini əsasən 19 yaşlılardan ibarət komandanın üzvləri təşkil edirdi. Bir neçə futbolçu da əsas komandadan olurdu. İndi I Divizionda iştirakçün əlavə komanda saxlamlıyıq, formalaşdırmalıyıq. Bununçün də əlavə xərc laızmdır ki, o da planımızda yox idi. Bu məqamda bu qərar bizi hazırlıqsız yaxaladı. Biz hazır deyilik. Bir tərəfdən də, U-19 Gənclər liqasında iştirak edir. Yəni o komandanın, demək olar, tamamını akademiyamızın yetirmələri təşkil edir və onların iştirak etdiyi bir yarış var. Yenidən eyni komandanı başqa yarışda yükləmək işin ziyanına olar. Həm də I Divizionda iştirak edən komandaların meydançaları baxımsız vəziyyətdədir, hər oyunda ciddi zədə riskləri və s. varkən biz hansı məntiqlə bu çempionata qatılaq? Yenə qeyd edirəm, bu haqda fikirlərimizi may ayında açıq şəkildə bildirmişdik, ondan əvvəl də çıxışlarımızda vurğulamışıq ki, əlavə xərclər həddən artıq çoxdur və əsassızdır, ümumi işin irəli getməsinə səbəb yaratmır. Ona görə də "Qəbələ"nin əvəzedicilərini I Divizionda oynatmağı həm idman faydası baxımdan, həm maliyyə itkiləri səbəbindən etibarsız hesab etdik. AFFA-ya, PFL-ə müraciət ünvanladıq, bu təklifimizi dəyərləndirsinlər.

- Təklif qəbul olunmasa, necə olacaq?
- Bütün vəziyyət detallı izah edilib, çatdırılıb və haqlı olduğumuz ortadadır.

- "Qəbələ"nin əsas heyətini hansısa təhlükə gözləyir?
- Heç bir təhlükədən söhbət gedə bilməz. Düzdü, əsas heyətin büdcəsi azaldılıb, ancaq bundan sonra heç bir probem ola bilməz, çünki büdcə təsdiqlənib, işlər də ona əsasən davam edir. Uşaq akademiyasının büdcəsi bir manat da azaldılmayıb. Əksinə, bütün diqqətimizi akademiyaya yönəltmişik. Çünki "Qəbələ"nin əsas məqsədi futbolçu yetişdirməkdir və bununçün də akademiyanın fəaliyyəti daim diqqətdə olmalıdır. Əsas komandanın isə tam formalaşdığını və çempionata hazır olduğunu görürük. Bundan sonra "Qəbələ" üçün hansısa maliyyə probleminin, yaxud arzulanmaz qərarın olmayacağı dəqiqdir.

- Akademiyadan əsas heyətə inteqrasiya da artıb.
- Çünki artıq zamanıdır. Öz məhsullarımızdan yararlanmaq vaxtıdır. Əsas heyət üçün əlavə xərcə düşüb legioner gətirməkdənsə öz yetirmələrimizi yoxlayırıq. Əsas heyətlə hətta U-17 komandamzdan məşq edənlər var. Sıx müşahidə altındadırlar və onların arasında seçilib, əsas heyətə dəvət edilənlər olacaq/ Bu proses daim olub, sadəcə, artıq daha sürətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right