Bu da son: Çempionatımıza rəng qatan daha bir futbolçunu itirdik

Ötən mövsüm öz oyunu ilə “Keşlə”nin Azərbaycan Kubokunu qazanmasında böyük pay sahibi olan Sezar Meza Kolli həm də çempionatımıza rəng qatan futbolçulardan idi. Bəli, məhz belə idi. Sezar Meza kolli ilə bağlı artıq keçmiş zamanda danışmaq olar.

Newsport.az-ın məlumatına görə, Meza Kolli artıq “Keşlə”nin düşərgəsini tərk edib. Paraqvaylı futbolçunun klubdan getmək məsələsi bir müddət idi ki, gündəmdə idi. Amma Sezar “Keşlə”nin məşqlərinə qatılırdı. Lakin hazırda Sezar “Keşlə”nin düşərgəsində deyil və yeni klubu ilə son danışıqlarını aparır. Bizdə olan məlumata görə, yarımmüdafiəçi Rumıniyanın bir neçə iddialı klubları ilə danışıq aparır. 

Qeyd edək ki, Sezarın “Keşlə” ilə yeni bir illik müqaviləsi olsa da, detallara əsasən Azərbaycan klubu keçiddən pul qazanmayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right