Azərbaycan - Kosovo oyunları neytral meydanda keçiriləcək?

Azərbaycan millisi UEFA Millətlər Liqasında D Liqasının III qrupunda Farer adaları, Malta və Kosovo bir qrupda çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan və Kosovo arasında keçiriləcək oyunlar neytral stadionda baş tutacaq. Avrokubok oyunlarında kosovolu oyunçular Azərbaycana gələ bilmirlər. Buna səbə isə Azərbaycanın Kosovonun müstəqilliyini tanımamasıdır. Belə olan halda Azərbaycan - Kosovo oyunları neytral meydanda keçiriləcək. UEFA yekun qərarını oyuna az müddət qalmış açıqlayacaq.

Kosovo DÇ-2018-in seçmə mərhələsində Ukrayna ilə ilə qarşılaşmanı Polşada keçirmişdi. Ukrayna Kosovonun müstəqlliyini tanımadığı üçün UEFA belə bir qərar vermişdi.

Qeyd edək ki, millimiz Kosovonu sentyabrın 7-də qəbul edəcək. Bu komandaların cavab oyunu noyabrın 20-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right