Namiq Ələsgərov fərdi məşqlərə başladı

"Neftçi” yeni mövsümə hazılığı davam etdirir. 

Newsport.az-ın məlumatına görə, komanda ötən gün klubun bazasında növbəti məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Xeyli müddətdi zədə üzündən hazırlıqdan kənarda qalan Namiq Ələsgərov isə fərdi məşqlə kifayətlənib.

Hazırlıq bu gün də bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 4-də “Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right