"Qarabağ" BATE-ni də keçə bilər" Nderim Nedzipi

"Qarabağ" güclü komandadır. Oyuna müdafiədən başladıq. Bilirdik ki, çətin olacaq. İlk 20 dəqiqədə qapımızı toxunulmaz saxladıq, amma alınmadı".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Kukesi" klubunun idman direktoru Nderim Nedzipi deyib. O, çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə "Qarabağ"a qarşı keçiridikləri və məğlub olduqları matçı dəyərləndirib.

 

Klub rəsmisi qırmızı vərəqədən sonra mərhələ keçmək şanslarını itirdiklərini bildirib: "Qırmızı vərəqədən sonra hər şey bitmişdi. "Qarabağ" iki oyuna əsasən, daha güclü idi. Onlar mərhələ adlamağa layiq idilər. Penalti qərarları isə doğru idi".

 

Nedzipi "Qarabağ"ın qrup mərhələsinədək irəliləmək potensialının olduğunu sözlərinə əlavə edib: "İlk oyunda çox yaxşı müdafiə olunmuşduq. "Qarabağ"ın Albaniyadakı oyunda elə də şansları olmamışdı. Bakıya bir qol vurmağa gəlmişdik. Amma bizdə alınmadı. "Qarabağ"a uğurlar arzulayıram və inşallah, Ağdam klubunu yenidən ÇL-in qrupunda görərik. Qarabağ" BATE-ni də keçə bilər".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right