"Səviyyə fərqi böyükdür" - "Kukesi"nin baş məşqçisi

“Bizim üçün çətin oyun olacağını bilirdik. Təəssüf ki, istədiklərimizi edə bilmədik”.

 

Newsport.az xəbər verir ki, bu sözləri “Kukesi”nin baş məşqçisi Armando Kunqu deyib. Albaniya təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olub.  İki oyunun nəticəsinə görə, albanlar mübarizəni dayandırıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

 

- Etiraf etmək lazımdı ki, komandalar arasında səviyyə fərqi böyükdür. Rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm. "Qarabağ"ın heyətində Emeqarnı qeyd etmək istərdim. O, bizə çox çətin anlar yaşatdı.

 

- Mübarizəni Avropa Liqasında davam etdirəcəksiniz. Bu oyunla nəyə ümid edirsiniz?

- Hansısa fikir bildirmək üçün rəqibimizin adını bilməliyik. Ona görə də, bu barədə danışmaq istəməzdim.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right