Növbəti dəfə Cavid İmamverdiyev barədə: “Sumqayıt” 1 qəpik də qazanmayıb?

Cavid İmamverdiyev ötən mövsüm Azərbaycan futbolunun gündəmdə olan siması idi. “Neftçi”də faktiki olaraq pas atan Cavid “Sumqayıt”a keçdikdən sonra ötən günlərini xatırlatdı. 

Newsport.az-ın məlumatına görəöz oyunu ilə “Sumqayıt”a kömək edən Cavid Azərbaycan milli komandasına qayıtmağı da bacardı. 

Belə olan halda, yay fasiləsi zamanı Cavidin adının bir neçə klubla birgə çəkilməsi normal hal idi. Düzdür, Cavidin gah “Qarabağ”a, gah da Rusiyanın elita klubuna “transfer olundu”. Amma fakt odur ki, Cavid bu gün debütant “Sabah”ın üzvüdür.

Məlumat yayılmışdı ki, “Sumqayıt” 1 illik müqaviləsi olan Cavidin keçidindən xeyli vəsait qazanıb. Amma son əldə etdiyimiz məlumata görə, İmamverdiyevin keçidi lap yüksək səviyyədə həll olunub və bunun üçün  1 qəpik də ödəniılməyib. 

Qeyd edək ki, Cavid İmamverdiyevin “Sabah” klubundakı aylıq maaşı 10 min manat olacaq. 

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right