“Zirə”dən ayrılan futbolçu “Zaqatala”nın düşərgəsində

Ötən mövsüm ağır zədə aldığı üçün bir müddət yaşıl meydançalardan kənarda qalan Aleksandr Şemonayev yay fasiləsində “Zirə”dən kənarlaşdırıldı.

Newsport.az saytının məlumatına görə, elitada klub tapa bilməyən oyunçu hazırda I Divizion klubu “Zaqatala”nın düşərgəsində məşqlər edir. Futbolçu böyük ehtimalla, “Zaqatala” klubunun uğurları üçün çalışacaq. 

Qeyd edək ki, Şemonayev karyerası ərzində "Abşeron", "Simurq" və AZAL kimi komandalarda forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right