"Neftçi" hazırlığı bərpa etdi - iki itki var

“Neftçi” yeni mövsümə hazılığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, "Keşlə” ilə yoxlama oyunundan (2:0) sonra iki günlük fasiləyə buraxılan komanda ötən gün hazırlığı bərpa edib. Klub bazasında baş tutan axşam məşqində zədəli Namiq Ələsgərov və Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər.

Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 4-də “Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right