"Qəbələ" yoxlama görüşündə qalib gəldi

Azərbaycan Premyer Liqasının 2018/19 mövsümünə hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib.

Newsport.az saytının məlumatına görə, Sənan Qurbanovun komandası klubun əvəzediciləri ilə qarşılaşıb.  “Bakı” FK-nın təlim-məşq bazasında keçirilən matçda əsas komanda 2:1 hesabı ilə qalib gəlib. Əsas komandanın qollarını Rauf Əliyev və Ceyms Adeniyi vurub.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqa öncəsi son yoxlama oyununu avqustun 4-də “Keşlə”yə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right