"Zirə" Türkiyə toplanışını başa vurdu

“Zirə” Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışını başa vurub.

Newsport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün saat 21:00-da Bolu – İstanbul - Bakı reysi ilə vətənə dönüb.

Qeyd edək ki, iyulun 19-dan Boluda toplanışda olan “Zirə” bu müddətdə 4 yoxlama oyunu keçirib. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Qətərin “Əl-Xaritiya” və Türkiyənin “Girəsunspor” klubları ilə heç-heçə edib – 1:1, 0:0. Həmçinin, yerli “Osmanlıspor”a 1:0, İran “Traktorsazi”sinin U-23 komandasını isə 3:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right