"Sumqayıt"ın stadionunda təmir işləri davam edir

"Sumqayıt"ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da təmir işləri davam edir.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, artıq əsas meydançanın həm suvarma, həm də drenaj sistemi quraşdırılıb. Yaxın günlərdə üst qatın torpaq hissəsinin yerləşdirilməsinə start veriləcək. Eyni proses təbii örtüklü olması nəzərdə tutulan yardımçı meydançada da aparılır. Arxa hissədə tikilən süni örtüklü meydançanın hasaraalınması isə davam edir. Həmin meydanın suvarma sisteminin quraşdırılması artıq başa çatmaq üzrədir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right