Makedoniya millisinin keçmiş üzvü Azərbaycan klubu ilə müqavilə imzaladı

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Səbail" daha bir futbolçunu heyətinə cəlb edib. 

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi son olaraq Xorvatiyanın "Slaven" (Belupo) klubunda forma geyinən Tome Kintanovskini transfer edib. 26 yaşlı makedoniyalı futbolçunun müqaviləsinin detalları barədə hansısa məlumat verilməyib. 

Kintanovski karyerası ərzində "Pelister", "Universitatea", "Vozdovak", "Mladost" (Luçani),  və "İstra" kimi komandalarda forma geyinib.  O, Makedoniyanın əsas milli komandasının heyətində 1 oyunda iştirak edib.

Qeyd edək ki, "Səbail" yay transfer dönəmində Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Vüqar Bəybalayev, İqor Korotetski, Kevin Brandon Kubemba və Enrike Moura kimi futbolçularla güclənib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right