"Zirə" "Traktor Sazi"yə qalib gəldi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama matçını keçirib.

Newsport.az-ın məlumatına görə, Ayxan Abbasovun çalışdırdığı paytaxt təmsilçisi bu dəfə İranın “Traktorsazi” klubunun U-23 komandası ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Qolları İlkin Muradov, Aleksandr Dedov və Mirsahib Abbasov vurub.

Qeyd edək ki, "Zirə" Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin "Əl-Xaritiyah" (1:1) klubu və Türkiyə "Giresunspor"u (0:0) ilə bərabərə qalıb, "Osmanlıspor"a qalib gəlib - 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right