“Kəpəz”in məşqçilər korpusu müəyyənləşdi

“Kəpəz”in yeni baş məşqçisi Etibar İbrahimovun köməkçiləri məlum olub.

Newsport.az-ın məlumatına görə, İbrahimovun başçılıq etdiyi məşqçilər korpusunda Orxan Verdiyev və Tariyel Hüseynov yer alıb. Sonuncu qapıçılarla işləyəcək. Karyerası dövründə Gəncə klubunun şərəfini qorumuş Hüseynov “sarı-göylər” vaxtilə aşağı liqada çıxış edəndə də əsas komandada çalışıb. Son mövsümdə isə o, aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub.

Orxan Verdiyevə gəlincə, yerli idman məktəbində 7 ildir çalışan Verdiyev Gəncə futbolunda perspektivli məşqçilər arasında göstərilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right