"Səbail"in yeni transferi karyerasını başa vurmağa hazırlaşırmış

"Səbail"in yeni transferi Enrike Moura Perillio karyerasını başa vurmağı planlaşdırırmış. 

Newsport.az-ın məlumatına görə, braziliyalı müdafiəçi Vivian Kamposla ailə həyatı qurduqdan sonra karyerasını başa vurmağa qərar verib.  Məsələ burasındadır ki, futbolçunun həyat yoldaşı peşəkar rəssamdır. 27 yaşlı futbolçu məhz həyat yoldaşı ilə bu işlə peşəkar şəkildə məşğul olmaq üçün peşəkar karyerasını başa vurmağı düşünüb.  

Lakin "Deportivo Saprissa"dan ayrılan oyunçu "Səbail"dən təklif aldıqdan sonra qərarını dəyişib.  

Qeyd edək ki, Enrike Moura karyerası ərzində "Vila Nova", "Goyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas" və "Remo" kimi komandalarda forma geyinib.  

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right