Lafferti "Qarabağ"a gələcək?

Şimali İrlandiya millisinin və Şotlandiyanın "Harts" klubunun futbolçusu Kayl Laffertinin adı yenidən "Qarabağ"la hallanmağa başlayıb.

Newsport.az-ın məlumatına görə, Böyük Britaniya mətbuatı 30 yaşlı forvardla "Qarabağ", Cənunbi Koreyanın "Seul" və Şotlandiyanın "Reyncers" klublarının maraqlandığını yazmışdı. Harts" Laffertini transfer etmək istəyən klubun 750 min funt-sterlinq ödəməli olduğunu qeyd edib.

Ada mətbuatında yayılan son məlumata görə şimali irlandiyalı forvard "Qarabağ"ın gündəmində deyil və bu keçid reallaşmayacaq.

Qeyd edək ki, Lafferti ötən mövsüm "Harts"ın heyətində 35 oyuna 12 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right