"Sabah" Super Liqa klubu ilə bərabərə qaldı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah” ötən gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, rəqib Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” olub. Topuk yaylası idman kompleksinin meydançasında keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.

Hesabı 13-cü dəqiqədə Super Liqa klubu açıb. Amma “Sabah” 83-cü dəqiqədə Elgün Nəbiyevin vurduğu qolla hesabı bərabərləşdirməyi bacarıb.

Xatırladaq ki, “Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi əvvəlki görüşlərdə “Girəsunspor” (1:1), “Osmanlıspor” (1:1) və “Sancaktepe Bələdiyyəspor” (2:2) klublarıyla üz-üzə gəlib.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right