“Qarabağ” Stiven Cerardın istədiyi hücumçunu ala bilər

“Qarabağ” heyətini daha bir hücumçu ilə gücləndirmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə Şimali İrlandiya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Ağdam təmsilçisi Şotlandiyanın “Hart” klubunda oynayan Keyl Lafferti üçün təklif göndərib. 

Bundan başqa Laffertini “Reyncers” və “Seul” klubları heyətinə qatmaq niyyətindədir.

Stiven Cerardın baş məşqçisi olduğu “Reyncers” forvard üçün 200 min funt-sterlinq təklif edib. Lakin Laffertinin transfer qiyməti 750 min funt-sterlinqdir. 

Həmkarlarımız onu da qeyd ediblər ki, Lafferi bu 3 klubdan birinə mütləq keçəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right