"Neftçi" "Keşlə"yə qalib gəldi

Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” ilə “Keşlə” yoxlama oyununda üz-üzə gəlib.

Newsport.az-ın məlumatına görə, matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. "Ağ-qaralar"ın heyətində Emin Mahmudov və Mirabdulla Abbasov fərqlənib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ilk turunda "Keşlə" "Sabah"la, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right