Yığmamız "Sumqayıt"la bərabərə qaldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, “Sumqayıt”ın əvəzedici komandası ilə qarşılaşan yığmamız 2:2 hesablı heç-heçə edib.

U-17-nin qollarını Musa Qurbanlı və Emil Quluzadə vurub.

Oyundan sonra millimizin baş məşqçisi Ramin Quliyev açıqlama verib: “Belarus səfərindən əvvəl bizim üçün yaxşı rəqib oldu. Bu oyunda komandanın güclü və zəif tərəflərini görə bildik. Rəqibin 3-4 yaş böyük futbolçulardan ibarət olmasına baxmayaraq, komanda istəkli idi, əzmkar mübarizə apardı. Bu bizim üçün vacib amillərdən biri idi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right