Albaniya mətbuatından Qurban Qurbanova: Təxribatçılıq etdi!

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" səfərdə Albaniyanın "Kukesi" klubu ilə 0:0 hesablı heç-heçə etdi.

Futbol11.az xəbər verir ki, Albaniya mətbuatı Qurban Qurbanovun oyundan sonra verdiyi açıqlamanı birmənalı qarşılamayıb. Həmkarlarımız mütəxəssisin "Kukesi"ni Albaniyada son çempion kimi qələmə verməsini təəccüblə qarşılayıblar. Onlar Qurbanovun son çempionun "Skenderbeu"nun olmasından xəbərdar olmadığını qeyd ediblər: "Qurban Qurbanov "Skenderbeu"ya qarşı təxribata getdi. O, Albaniyada son çempionun "Kukesi" olduğunu vurğuladı. Görünür, o, "Skenderbeu"nun son çempion olmasından və avrokuboklardan 10 illik uzaqlaşdırılmasından xəbərsizdir".

Qeyd edək ki, matçdan sonra Qurban Qurbanov Albaniya matçında "Kukesi ilə bağlı müsbət rəyim var. Biz Albaniya çempionuna qarşı oynadıq. Cavab matçında qol vurmağa və mərhələ adlamağa çalışacağıq" -, deyə bildirmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right