"Sumqayıt"da gözlənilməz ayrılıq: Yeni transfer ölkə xaricinə üz tutdu Xüsusi

Yeni mövsümə hazırlaşan “Sumqayıt” klubunda növbəti ayrılıq reallaşıb.

Newsport.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Dmitri Nağıyev yeni müqavilə imzaladığı klubu tərk edib. Buna futbolçunun ölkə xaricindən daha sərfəli təklif alması səbəb olub. 

Məsələ burasındadır ki, futbolçunun “Sumqayıt”la imzaladığı müqavilədə belə bir bənd olub. Ölkə xaricindən sərfəli təklif olacağı təqdirdə, klub buna problem yaratmamağı öhdəsinə götürüb.

Qeyd edək ki, Nağıyev yay transfer dönəmində "Qarabağ"dan (Vyana, Avstriya) "Sumqayıt"a keçib.   

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right