“Qarabağ”ın futbolçusu: “Bundan sonra keyfiyyətli futbol oynamağa başlayacağıq”

“Ümumi götürdükdə, oyunun nəzarətini öz əlimizdə saxladıq.Komanda olaraq, yaxşı təsir bağışladığımızı düşünürəm”. Bu sözləri newsport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Simoen Slavçev deyib.

Yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Albaniyanın “Kukesi” klubuna qarşı keçirdikləri matçı dəyərləndirib: “Bakıdakı oyunda daha yaxşı mübarizə aparacağıq. Təbii ki, bu oyunda əsas çatışmazlığımız hücum xəttində idi. Son zərbəni vurmaqda çətinlik çəkirdik”.

Bolqarıstanlı futbolçu futbolçuların bir-birinə tam öyrəşmədiyini sözlərinə əlavə edib: “Bakıdakı matçda hücumun son nöqtəsində effektiv oynamalıyıq. Bundan başqa, komanda yenidir, futbolçular bir-birinə tam öyrəşməyib. Düşünürəm ki, xəttlər arasında anlaşma tam bərpa olunduqdan sonra keyfiyyətli futbol oynamağa başlayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right