"Sabah" Türkiyə klubu ilə heç-heçə etdi

Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən “Sabah” ötən gün daha bir yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqamızın debütantı yerli “Sancaktepe Bələdiyyəspor” klubuyla qarşılaşıb. “Vonresort” otelininin meydançasında keçirilən oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

İlk hissə rəqibin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. “Sabah” ikinci hissədə iki dəfə rəqib qapısına yol tapıb. Oyun 2:2 hesablı bərabərliklə nəticələnib. Bakılıların heyətində Elşən Abdullayev və Elgün Nəbiyev fərqlənib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right