"Sabah" Türkiyə klubuna qarşı

Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən “Sabah” bu gün daha bir yoxlama oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, Premyer Liqamızın debütantı yerli “Sancaktepe Bələdiyyəspor” klubuyla qarşılaşacaq. Görüş “Vonresort” otelininin meydançasında keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) start götürəcək.

Xatırladaq ki, “Sabah” Türkiyə toplanışı çərçivəsində daha öncə keçirdiyi “Girəsunspor” və “Osmanlıspor”la oyunlarda 1:1 hesablı heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right