"Sabah" 3 futbolçu ilə müqavilə bağladı

Yeni mövsümdən Azərbaycan Premyer Liqada çıxış edəcək “Sabah” daha 3 futbolçunun keçidini rəsmiləşdirib.

Newsport.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, müdafiəçi Ülvi İbazadə ilə 2, yarımmüdafiəçilər - Tərzin Cahangirov və Elgün Nəbiyevlə isə müvafiq olaraq 2 və 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Ülvi İbazadə son olaraq "Xəzər"də, Tərzin Cahangirov "Kəpəz"də, Elgün Nəbiyev isə "Zirə"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right