İnnosent Emeqara rəsmən "Qarabağ"da

"Qarabağ” bu gün Con Delarjdan sonra daha bir futbolçunun transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu sabiq futbolçusu İnnosent Emeqaranı heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.

29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib.

2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddət ərzində 7 oyunda 4 qolla yadda qalmışdı. O, bu komandadan ayrıldıqdan sonra Amerikanın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub.

Emeqara İsveçrə millisində də 9 oyunda meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right