AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2018/2019-cu il mövsümündə Birinci Divizionda oyunlar Topaz Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm Birinci Divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilsin
 
2. Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunsun:
4 futbolçu – yaş limiti olmadan
6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü
1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü
Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər
 
3. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
Nüvər Xasıyev
Səfər Rəhimov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right