"Neftçi" məşqləri bərpa etdi

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Uypeşt” klubu ilə cavab oyunundan sonra üç günlük fasiləyə buraxılan “Neftçi”nin üzvləri bu gün hazırlığı bərpa ediblər.

Newsport.az-ın məlumatına görə, komanda öz bazasında axşam məşqinə çıxıb. Məşqdə zədəli Namiq Ələsgərov və Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər.

Hazırlıq iyulun 24-də iki məşqlə davam edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right