"Qəbələ"nin futbolçusu Litva klubunda

"Qəbələ" Futbol Akademiyasının yetirməsi Kamran Quliyev karyerasını Litvada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, gənc hücumçu Litvanın A Liqasında mübarizə aparan "Jonava" klubu ilə münasibətlərini rəsmiləşdirib. "Qəbələ Futbol Akademiyası"nın yetirməsi "Jonava" ilə 2.5 illik sözləşmə imzalayıb.  

Perspektivli futbolçunun Litvaya yollanmasında tanınmış FİFA meneceri Vaqif Heydərlinin əməyi danılmazdır. Heydərli bundan öncə Budaq Nəsirov ("Sportinq", Portuqaliya ), Fərid Nəbiyev və Rövlan Muradovun (hır ikisi, "Slaviya") ölkə xaricinə üz tutmasılnda vasitəçi olub.

Qeyd edək ki, "Yonava" hazırda yüksək liqada 8 komanda arasında 14 xalla sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right