“Sumqayıt”ın Bolu toplanışı davam edir

Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" bu günü bir məşqlə başa vurub. 

Newsport.az-ın məlumatına görə, komanda Nazim Süleymanovun rəhbərliyi altında artıq səhər məşqini keçirib. Dünən baş tutan "Alanyaspor"la yoxlama oyunu sonrası təxminən 1 saat davam edən məşqdə futbolçular yüngül qaçış ardından toplu çalışmalara üstünlük verib.

Həmin qarşılaşmada 90 dəqiqə iştirak edən oyunçular məşqin ikinci hissəsini fitness zalında hazırlıqla keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right