AFFA-dakı görüşün təfərrüatları: Çempionat ləgv olundu, limit müəyyənləşdi!

Bu gün AFFA-nın mənzil-qərargahında vacib görüş baş tutub.

Newsport.az-ın məlumatına görə, Premyer Liqada çıxış edən əvəzedici heyətlərin baş məşqçiləri bir araya gəlib.

Görüşdə yeni mövsümlə bağlı müzakirə aparılıb. Tətbiq olunacaq limitlə bağlı da məlumat verilib və klublara heyəti buna uyğun qurmaq tapşırılıb. Əsas heyətdə yaş limiti 4+6+1 kimi olacaq. Yəni, 4 nəfər 1998-ci ilə qədər doğulan, 6 nəfər 1998,1999,2000-ci il təvəllüdlü olan, 1 nəfər isə 2001-ci il. Premyer Liqanın əsas komandasından əvəzedici heyətə göndərilən futbolçular çempionatda oynaya bilərlər.

Bundan başqa, AFFA I divizionla bağlı yeni konsepsiya hazırlayıb. İcraiyyə Komitəsinin müzakirəsinə veriləcək sənəddə əvəzedicilərin yarışının ləğvi nəzərdə tutulub. Həmin komandalar elita klublarının ikinci heyəti kimi divizionda mübarizə aparmalıdır. Bu layihə bugünkü iclasda qəbul olunub. 

Əldə etdiyimiz məlumata görə, Divizionda 12-14 komandanın iştirakı nəzərdə tutulub. Komanda sayı yaxın günlərdə bəlli olacaq. Əvəzedicilərdən əlavə iştirakı dəqiqləşən MOİK, “Ağsu” və "Şüvəlan" klublarıdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right