Pərdis Fərcad-Azad yenidən Azərbaycan klubunda

Millimizin keçmiş üzvü Pərdis Fərcad-Azadın yeni klubunun adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, hücumçu karyerasını ölkəmizdə davam etdirəcək.  

Son olaraq "Keşlə"də çıxış edən futbolçu "Zirə" klubu ilə anlaşıb. O, bu gün paytaxt təmsilçisinin Türkiyədəki təlim-məşq düşərgəsinə qatılıb. Pərdis yeni klubu ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 30 yaşlı forvard karyerası ərzində "Karl Zeiss Jena", "Plauen", "Berliner" və "Sumqayıt" kimi komandalarda çıxış edib. Pərdis millimizin heyətində 6 oyun keçirib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right