"Alanyaspor" "Sumqayıt"ı darmadağın etdi

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" klubu növbəti yoxlama oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Türkiyə Super Liqasında mübarizə aparan "Alanyaspor" klubu ilə qarşılaşıb. Görüş "Alanyaspor"un böyükhesablı qələbəsi ilə başa çatıb. Alanya təmsilçisi "Sumqayıt"ın qapısından 7 cavabsız top keçirib. 

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama oyununda Qətərin "Əl Şəhaniyə" klubu ilə heç-heçə edib.   

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right