Delarj rəsmən "Qarabağ"da! prezident açıqladı

“Qarabağ” “Bursaspor”un futbolçusu Con Delarj transferini yekunlaşdırıb. 

Newsport.az-ın məlumatına görə, bu barədə "yaşıl timsah"ların prezidenti Ali Ay məlumat verib. Klub rəsmisi 28 yaşlı konqolu forvardın Ağdam təmsilçisinə transfer olduğunu açıqlayıb. Ali Ay müqavilənin şərtləri haqda bilgi verməyib.

İddiaya görə, Delarj "Qarabağ"la 3 illik müqavilə imzalayacaq. "Atlılar" bu transferə görə, "Bursaspor"a 170 min avro ödəyəcək.   

Qeyd edək ki, Delarj "Dunayska Streda", "Slovan Liberets", "Admira" və "Osmanlıspor" kimi klublarda çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right