Konqo millisinin hücuçmusu "Qarabağ"da!

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu hücum xəttini gücləndirib.  

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu Türkiyənin "Bursaspor" klubunda çıxış edən Con Delarqenin keçidini həll edib.  Türkiyə klubunda əsas heyətə düşə bilməyən 28 yaşlı hücumçu "Qarabağ"la yaxın günlərdə müqavilə imzalayacaq. "Qarabağ" Konqo millisinin üzvünə görə "Bursaspor"a 200 min dollar təzminat haqqı ödəyəcək. 

Qeyd edək ki, Delarqe karyerası ərzində "Union "Douala", "Dunayska Streda", "Slovan", "Admira" və "Osmanlıspor" kimi klublarda çıxış edib.  O, ötən ildən "Bursaspor"un uğurları üçüm çalışır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right