“Neftçi” çempionata hansı stadionda başlayacaq?

Azərbaycanda bir neçə stadionda təmir və yenidənqurma işləri aparılır.

Bu siyahıda “Bakcell Arena” da var. Bu səbəbdən “Neftçi” klubu yeni çempionatda ev oyunlarını qismən doğma meydançasından kənarda keçirəcək.

Newsport.az saytının məlumatına görə, “Neftçi” ilk ev oyunlarında qonaqlarını “Dalğa Arena”da qəbul edəcək. 

Qeyd edək ki, digər elita klubu “Zirə” də “Dalğa Arena”dan yararlanacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right