"Neftçi" Macarıstandan qayıdan kimi iclas keçirdi: Hansı qərarlar qəbul olundu?

Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt”ə iki oyunun nəticəsinə görə uduzub mübarizəni dayandıran “Neftçi” klubunda kadr dəyişikliyi baxımından hər hansı bir islahat aparılmayacaq.

Newsport.az-ın məlumatına görə,  saytının məlumatına görə, “Neftçi” yola elə bu məşqçi heyəti ilə davam edəcək. Avropa Liqasında heç bir uğura sahib olmayan komandanın mini yarışda itirdiyi iki əsas sima oldu – Namiq Ələsgərov və Ruslan Abışov. “Neftçi” yeni çempionata məhz bu uğursuzluğun izi və itirdiyi əsas iki oyunçunun problemləri fonunda başlayacaq. 

Bütün bunlara rəğmən, “Neftçi”nin gələn mövsüm üçün yalnız 1 hədəfi var. Macarıstandan qayıtdıqdan dərhal sonra “Neftçi”də iclas keçirilib. Müəyyən hesabatlar dinlənilib. Komandanın qarşısına əsas hədəf kimi psixoloji problemi aradan qaldırmaq və gələn ilə maksimum nəticəyə köklənmək hədəfi qoyulub.

“Neftçi” 2018/2019-cu illər mövsümünü həm çempion, həm də kubokun qalibi kimi başa vurmaq niyyətindədir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right