"Sumqayıt" heç-heçə ilə başladı

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt”qonşu ölkədə ilk yoxlama oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, Nazim Süleymanovun komandası Qətər təmsilçisi “Əl-Şəhaniyə” ilə qarşılaşıb. 

“Sumqayıt” 11-ci dəqiqədə Nicat Qurbanovun qolu ilə hesabda önə keçsə də, rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb. 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right